O, “Moskva Beynəlxalq Hüquq” jurnalında dərc olunan “Dövlət suverenliyi və nüvə silahları: milli təhlükəsizliyin təmin edilməsinin beynəlxalq hüquqi aspektləri” məqləsində bu məsələdən bəhs edib.
D.Medvedev qeyd edib ki, Rusiya kütləvi hücuma məruz qalarsa, bu mümkündür.
“Müxtəlif növ fəlakətlərə səbəb ola biləcək qeyri-nüvə silahlarının kütləvi istifadəsi Rusiyanın qabaqlayıcı nüvə zərbəsi endirməsi üçün əsas ola bilər”, – o vurğulayıb.
D.Medvedev yazıb ki, Rusiyanın nüvə doktrinasında düşmənin hərbi təhdidləri, o cümlədən texnogen, ekoloji və ya sosial fəlakətlərə səbəb ola biləcək kütləvi qeyri-nüvə hücumları xüsusi təhlükə kimi qiymətləndirilir.
“Başqa sözlə, dövlətimizin mövcudluğu təhlükə altında olduqda və ya ölkəmiz qəbuledilməz zərər gördükdə qabaqlayıcı nüvə zərbəsi məsələsi gündəmə gələ bilər”, – Təhlükəsizlik Şurasının sədr müavini bildirib.
