Ancelina Coli Ukrayna səfərindən sonra acı həqiqəti AÇIQLADI
Amerikalı aktrisa Ancelina Coli Ukraynaya son səfərini şərh edib. O, yeni tədris ilinin başlamasından əvvəl kiçik oğlu Noks ilə birlikdə Xarkova və Karpatlara baş çəkib.
Xarkovda uşaqların metro stansiyalarında və yerin üç mərtəbəli dərinliyində tikilmiş yeraltı məktəblərdə oxuduğunu görən aktrisa yerli sakinlərin əzmkarlığına heyran qaldığını bildirib:
“Xarkov demək olar ki, hər gün zərbələrə məruz qalır, lakin insanlar bu ağır şəraitdə belə təslim olmurlar”.
Karpatlarda isə Coli Rusiyanın keçmiş əsirlərinə kömək edən “Gen.Ukrainian” təşkilatının fəaliyyəti ilə tanış olub. O, əri və ya yaxınlarını gözləyən qadınlarla söhbət etdiyini, həmçinin oğlunun uşaqlar üçün tay-boks dərsi keçdiyini qeyd edib. O, həmçinin cəbhə xəttində həlak olan “Platsdarm” axtarış təşkilatının rəhbəri Aleksey Yukovun ailəsini yad edib.
