Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və buğda göndəriləcək.

Bu ölkəyə 2 vaqon gübrə və 2 vaqon buğda tədarük olunacaq.

Qatar saat 14:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.