Mingəçevir şəhərinin igid oğlu, Vətən müharibəsi şəhidi Xəzər Əliyevin anası Nabat Əliyeva vəfat edib.
Bu barədə mərhumun yaxınları və ailə üzvləri məlumat veriblər. Bildirilib ki, Nabat Əliyeva ömrünün sonunadək şəhid anası adına layiq bir həyat yaşayıb, mərdliyi, səbir və dözümü ilə ətrafındakıların hörmətini qazanıb. O, Vətən uğrunda canını fəda etmiş övladının xatirəsini daim uca tutaraq, cəmiyyət arasında nümunəvi bir ana kimi tanınıb.
Nabat Əliyevanın vəfatı təkcə ailəsi üçün deyil, onu tanıyan hər kəs, eləcə də Mingəçevir ictimaiyyəti üçün böyük itki kimi dəyərləndirilir. Şəhid analarına göstərilən ehtiram və hörmətin simvoluna çevrilmiş Nabat Əliyeva ömrünün sonuna qədər oğlunun şəhidlik zirvəsi ilə qürur duyub.
Mərhumun dəfn mərasimi barədə məlumatın yaxın saatlarda açıqlanacağı bildirilib.

Allah Nabat Əliyevaya rəhmət eləsin, məkanı cənnət olsun.
Ruhu şad olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir