2026-cı ilin yanvar-sentyabr ayları ərzində DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 560,9 mln. manat və ya 10% artıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Xərclərin 97%-ni əhaliyə ödənişlər təşkil edib.
