Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində (8 Noyabr prospektindən Babək prospektinədək olan hissə) 5 may saat 22:00-dan 8 may saat 06:00-dək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə AAYDA məlumat yayıb.
“Sürücülərdən xahiş olunur ki, aparılan işlərə anlayışla yanaşaraq əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, – deyə məlumatda qeyd edilib.
