Mingəçevir şəhərində təhsil sahəsində yeni təyinatla bağlı rəsmi görüş keçirilib. İlham İsmayılov, Həmid Qasımov ilə birlikdə Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun yeni təyin olunmuş müdiri Rüstəm Aslanovnu qəbul edib.

Görüş zamanı şəhər rəhbəri yeni vəzifəyə təyin olunan Rüstəm Aslanovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Eyni zamanda, Mingəçevir təhsilinin daha da inkişaf etdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir çağırışlara uyğun yeniliklərin tətbiqi istiqamətində mühüm tövsiyələrini bölüşüb.

Qeyd olunub ki, təhsil sahəsində həyata keçiriləcək islahatlar və koordinasiyalı fəaliyyət şəhərdə insan kapitalının inkişafına mühüm töhfə verəcək.


Xəbərlər informasiya qrupu
