Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü “Mingəçevir kəndi” adlanan yaşayış massivində keçirilib.

4500-ə yaxın əhalisi olan yaşayış massivində keçirilən səyyari qəbulda sosial infrastrukturla bağlı müraciətlər səsləndirilib. Hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilat nümayəndələrinin iştirak etdikləri görüşdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək görüşün keçirilməsinin əsas məqsədinin vətəndaşların qarşılaşdıqları problem və çətinlikləri öyrənmək və həllini təmin etmək olduğunu bildirib. Ölkə Prezidenti İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğısı sayəsində Mingəçevirdə həyata keçirilən quruculuq,abadlıq işlərinin genişləndiyini qeyd edib.

Səyyar görüşdə vətəndaşlar ərazinin problemləri barədə çıxış etdilər. Müraciətlər arasında müxtəlif problemlər səsləndirilib. Çıxış edən massivin ictimai icma sədri Etibar Əhmədov görülən işlərdən razılığını ifadə edərək qarşılaşdıqları mövcud problemlərlə bağlı məlumat verib. Bildirib ki,massivin bir nömrəli problemi kanalizasiya sistemidir.

Hələ də bu aktual məsələdir,massivdə hələdə kanalizasiya çəklişi yekunlaşmayıb. Digər problemlərdən biri lükların ətrafında asfalt çökmələrin müşahidə olunması və buda sürücülərin hərəkətində maneələr yaradır,dalan yollara asfalt çəklişi hələdə ləngiyir,eyni zamanda həmin dalan yollarda küçə işıqlanmasıda problem olaraq qalır. Turizm Kollecinə gedən yollda böyük gölməçənin yaranması tələbələr üçün problem yaradır. Ərazidə çox sayda küçə itlərinin olması az yaşlı məktəblilər üçün problem olduğu diqqətə çatdırılıb.

Səsləndirilən təkliflərdən biri də Mingəçevir şəhərində təmtəraqlı yas mərasimlərinin yığışdırılması ilə bağlı olub.

Keçirilən səyyar qəbulda şəhər İcra Hakimiyyətinin başçısı səsləndirilən şikayət və təkliflərin icrası ilə bağlı əlaqədar təşkilatlara konkret tapşırıqlar verdi.

Esmira Hidayətova,Mingəçevir