Mingəçevir Dövlət Universitetində (MDU) 2025/2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyasına sabahdan etibarən start veriləcək.
Universitet rəhbərliyindən verilən məlumata görə, imtahanların obyektiv, şəffaf və operativ şəkildə təşkili məqsədilə bütün zəruri təşkilati və texniki tədbirlər görülüb. Sessiya müddətində Operativ Qərargah, İmtahan Mərkəzi və Apellyasiya Komissiyası fasiləsiz fəaliyyət göstərəcək.
Eyni zamanda tələbə və magistrantların müraciətlərinin vaxtında və operativ şəkildə cavablandırılması üçün Qaynar Xətt də aktiv olacaq. İmtahan prosesi zamanı yarana biləcək hər hansı sual və ya problem bu mexanizmlər vasitəsilə nəzarətdə saxlanılacaq.
Universitet rəhbərliyi bütün tələbə və magistrantlara imtahanlarda uğurlar arzulayaraq bildirib ki, Mingəçevir Dövlət Universitetinin inkişafı və yüksəlişi məhz tələbələrin nailiyyətləri ilə birbaşa bağlıdır.
