Nazirlər Kabineti bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının (GES) tikintisinə icazə alınması müddətinin uzadılması haqqında qərar qəbul edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara ərasən, hökumətin “Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli qərarı ilə Cəbrayıl rayonunun inzibati ərazisində yerləşən bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyalarının tikintisinə icazə alınmasının müddəti “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun 6.7-ci maddəsinə uyğun olaraq 1 il müddətinə uzadılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.