İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment kafedrasının müəllimi Saqib Məmmədov iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə edib.
Belə ki, 08 aprel 2026-cı il tarixində Azərbaycan Kooperasiya Universiteti nəzdində fəaliyyət göstərən FD 2.46 Dissertasiya şurasının iclasında Saqib Məmmədovun “Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində iqtisadiyyatın şaxələndirilməsinin əsas istiqamətləri” mövzusunda, 5308.01 – Ümumi iqtisadiyyat ixtisası üzrə dissertasiya işinin müdafiəsi keçirilib.
İclas zamanı təqdim olunan elmi iş aktual mövzuya həsr olunmaqla, ölkə iqtisadiyyatının dayanıqlı inkişafında şaxələndirmənin rolu geniş şəkildə təhlil edilib və müvafiq elmi nəticələr əldə olunub.
İqtisadiyyat və idarəetmə fakültəsinin kollektivi Saqib Məmmədovu bu mühüm uğur münasibətilə təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır.
