30 dekabr tarixində Mingəçevir şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən bayram tədbiri ictimai fəallığı və geniş iştirakla yadda qalıb. Heydər Əliyev Parkının yaxınlığında təşkil olunan tədbir şəhərdə bayram əhval-ruhiyyəsini daha da gücləndirib.

Tədbirdə xüsusilə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərliyi ilə universitetin professor-müəllim heyəti, əməkdaşlar və tələbələr fəal iştirak ediblər. Universitet kollektivinin birgə şəkildə tədbirə qatılması bayramın əsas diqqətçəkən məqamlarından biri olub.
Anar Eminovun başda olduğu MDU kollektivi tədbir boyunca yüksək ictimai həmrəylik nümayiş etdirib, tələbələrin və müəllimlərin fəallığı iştirakçılar tərəfindən müsbət qarşılanıb. Bu iştirak universitetin şəhərin ictimai-mədəni həyatında oynadığı rolu bir daha ön plana çıxarıb.

Bayram tədbiri çərçivəsində musiqili proqramlar təqdim olunub, Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə birlik və milli həmrəylik çağırışları səsləndirilib. Tədbir iştirakçılarında xoş təəssürat yaradıb.

Qeyd edək ki, tədbirdə şəhərin hüquq-mühafizə orqanlarının nümayəndələri və ictimai şəxslər də iştirak etsələr də, əsas diqqət Mingəçevir Dövlət Universiteti kollektivinin kütləvi iştirakı üzərində cəmlənib.
Xeberler.info
