Təəssüf hissi ilə bildiririk ki, Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrasının müdiri, dosent Mehdi Rəhimov vəfat edib.

Mehdi müəllimin vaxtsız ölümü onu tanıyan hər kəs üçün böyük itkiyə çevrilib. O, yalnız savadlı pedaqoq kimi deyil, həm də yüksək insani keyfiyyətləri, səmimiyyəti və qayğıkeşliyi ilə yadda qalan bir insan idi. Tələbələrinin sevimlisi, həmkarlarının etibarlı dostu olan Mehdi Rəhimov ömrünü təhsilə, gənclərin inkişafına həsr etmişdi.

Onun elmə və təhsilə verdiyi töhfələr, yetişdirdiyi tələbələr və arxasında qoyduğu xoş xatirələr uzun illər yaddaşlarda yaşayacaq.

Allah rəhmət eləsin.