Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,41 ABŞ dolları və ya 8,89 % artaraq 103,03 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinin məlumatına görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 102,84 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 8,6 ABŞ dolları və ya 9,5 % artaraq 99,10 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.