Mingəçevir Yaziçilar Birliyinin ùzvù , yazar Nərmin Əliyevanin yaradiciligina həsr edilmiş ” Həzin sùkut” adli tədbir keçirilib. Tədbir şəhid ailələri, ziyalıların,məktəbli şagirdlər və yazarların qatıldığı Mingəçevir Gənclər evində keçirilib. Tədbir 44 gùnluk Vətən mùharibəsi şəhidi Niyazi Isgəndərova həsr edilir.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra Azərbaycan Dövlət Himni səsləndirilib.

Daha sonra tədbirin təşkilatçısı və aparıcısı Mingəçevir Dövlət Universitetinin baş müəllimi İlhamə xanım İsmayılova tədbiri açıq elan edərək bu tədbirin keçirilməsinin məqsədini vurğulayaraq qeyd edib ki, Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir.

Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə bir şəhid tədbiri ərsəyə gətirərək bu müqəddəsliyi qoruyub saxlamaq,gələcək nəsillərə ərmağan etmək bizim borcumuzdur.

Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz və eləcə də bütövlükdə Azərbaycan xalqı fəxr edir bütövlüyü naminə qurban verən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir.

Bu gün şair təbiətli,kövrək qəlbli gənc yazar Nərmin xanımın söz işığında şəhid Niyaziyə həsr etdiyi tədbirdə duyğulu anlar yaşandı.
Tədbirdə çıxış edənlər şair yazıçısı və pedaqoq; Azərbaycan Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyi məsləhət şurasının üzvü, “Söz odası” qəzetinin təsisçisi və baş redaktoru Elşən Əzim,yazar Məmməd Mərzili,Zümrüd Rəhimova,MDU 3 kurs tələbəsi Aysel Əliyeva,”Bir məzarın başında”layihəsinin rəhbəri Cavid Ələmdar,şəhid valideyinlər,Kür hazırlıq kursunun müəllimi Xəyalə müəllim və şagirdləri, 8 nömrəli məktəbin müəllim,şagird kollektivi,ziyalı Adil Kərimov,Gənclər evi Hümay Baxışova,hər an şəhid ailələrinin yanında olan,şəhid ailələrinə dəyər verən Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan Mingəçevir 4 saylı məktəbin direktoru Zaur Museyibov,şəhid atası Eldar İsmayılov,çıxış edərək bildiriblər ki, zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəziləri müəyyən dövrdən sonra yaddaşlardan silinir, unudulur.

Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə də, nəsillər bir-birini əvəz etsə də, öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən Niyazi kimi oğul və qızlarımız heç vaxt unudulmurlar.

Ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, xalqın yolunda canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər.
Çıxış edənlər Nərmin xanıma yaradıcılığında uğurlar diləyiblər.

Şəhid Niyazinin oğulları Ömər və Turan öz çıxışlarında Niyazi kimi bir zəhmətkeş, ailəcanlı, mülayim,vətənpərvər bir insanın övladları olduqları üçün qürur duyduqlarını bildiriblər.Onlar da ataları kimi mərd və qəhrəman bir vətən övladlarıdır.Bu kimi tədbirləri ərsəyə gətirənlərə minnətdarlıq bildiriblər.

Gənc yazar Nərmin xanım çıxışında hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə, torpağa olan məhəbbət yaşayır dedi. Vətən, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır:”

Hər kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini də Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də elə bu zaman duyur.Məndə bir yazar olaraq yazdığım şeirlərimdə şəhidlərimizə,vətənə daha çox yer ayırıram”.
Qeyd edək ki,Nərmin Əliyevanın ürəyində kəlmə-kəlmə saflaşıb közərən,misra-misra dil açan şeirləri elə onun ədəbiyyata yönəlik istəyindən qaynaqlanır desək yanılmarıq.Gənc xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Tədbirin sonunda yazarın “ürəyimdə közərən söz” kitabı yazar tərəfindən tədbir iştirakçılarına və şəhid ailələrinə təqdim edilib.

Esmira Hidayətova,Mingəçevir.
