Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvanda ər və arvad dəm qazı sızmasından boğularaq ölüblər. Bolge.Az unikal-a istinadla xəbər verir ki, hadisə nəticəsində həyatını itirən 29 yaşlı Altay Cəfərov hərbçi olub. Mərhumun həyat yoldaşı, 27 yaşlı Səmənnaz Cəfərova da dünyasını dəyişib. Onların 2 yaşlı övladı həmin gün nənəsigildə olub.