Sabah Sabirabad və Hacıqabul rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
“Qaz İxrac” İdarəsi tərəfindən magistiral qaz kəmərində təmir-bərpa və digər texniki işlərin görülməsi ilə əlaqədar olaraq fevralın 10-da, saat 09:30-dan etibarən işlər başa çatanadək “Qarasu” QPS-dən Sabirabad rayonunun 16 kəndində – Qaraqaşlı, Quruzma, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı, Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yolçubəyli, Narlıq, Zəngənə kəndlərində (7 298 abonent), Hacıqabul rayonunun 12 kəndində – Qarasu, Padar, Abdulabad, Kolanı, Talışbinalar, Talış, 1-ci Meyniman, 2-ci Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli, Bürvənd kəndlərində (3 322 abonent), həmçinin “Nərimankənd” QPS-dən Sabirabad şəhəri Z.Əliyev küçəsi və rayonun 17 kəndində – Kürkəndi, Məmişlər, Əsədli, Qaralar, Qəfərli, Şıxlar, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (9 837 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır”, – məlumatda qeyd olunub.
