Müğənni Ayşən Mehdiyeva son illər bayağı mahnı ifaçılarının efirə çıxarılmasını tənqid edib.
Axşam.az xəbər verir ki, sənətçi “Günə uğurla” proqramında bu cür ifaçıların verilişlərə çıxarılmamasını deyib:
“10-15 il əvvəl bayağı mahnılar efirə buraxılmırdı. Sənətkarlar onları top atəşinə tuturdular. AzTV-də belə mahnılara qadağa var idi. Burada kimsənin şəxsinə toxunmuram. Atlar ölüb, kimlərinsə bayramıdır. Hansısa cılız mahnını oxuyub kimsə bunu sənət səviyyəsinə qaldıra bilməz. Hamı muğam oxumamalıdır. Klassik mahnılar var. Kütləyə nə verirdiksə, onu qəbul edir. Niyə bu cür mahnıları tənqid edirdilər? O cür mahnıları zirvəyə çıxartmaq düzgün deyil.
Dəfələrlə xaricdə Azərbaycan musiqisini təmsil etmişəm. Necə elə mahnını xaricdə oxuya bilərəm? Toya getmirəm, amma getsəm və istəsələr oxumaram”.
