Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl Nəsr” və “Əl İttihad” komandaları arasında keçirilən mərkəzi oyunda ulduz futbolçu Kriştiano Ronaldo meydanda olmayıb və bu, tribunada geniş rezonans yaradıb.
Ər-Riyad təmsilçisinin azarkeşləri “Kral Səud Universiteti” stadionunu portuqaliyalı forvardın ikonik “7” nömrəsi ilə bəzədərək onun sadiqliyini nümayiş etdiriblər. Tribunalar yalnız 7 dəqiqə ərzində böyük pankartlarla dolub-daşıb.
Azarkeşlərin bu hərəkəti, eyni zamanda, Ronaldonun Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) siyasətinə etirazını dəstəklədiyi kimi qiymətləndirilir. Futbolçu “Əl Nəsr”in büdcə azaldılmasını və rəqib “Əl-Hilal”ın daha çox üstünlüklərə malik olmasını qəbul etmir. Xüsusilə onun yaxın dostları və komanda əməkdaşları olan idman direktoru Simao Koutinyo və CEO Xose Semedonun vəzifələrindən ayrılması, Ronaldonu kəskin addımlar atmağa sövq edib.
