Bu barədə “Clash Report” məlumat yayıb.
“Bu danışıqların Avropa aspektinin necə olması barədə heç kim Rusiya ilə məsləhətləşmək niyyətində deyil”, – deyə Polşa hökumətinin başçısı bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli ilə bağlı dialoqu davam etdirmək və mövqeləri dəqiqləşdirmək üçün Avropa İttifaqı (Aİ) nümayəndələrini Moskvaya dəvət etdiklərini açıqlamışdı. Putinin sözlərinə görə, yalnız bu görüşdən sonra Moskva danışıqların hansı formatda aparılacağına qərar verəcək.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə diplomatik kanallarla Moskvaya konkret olaraq hansı avropalı rəsmilərin dəvət edildiyinin hələlik açıqlanmayacağını bildirib.
