Ağ Ev ABŞ Prezidenti Donald Trampın Si Cinpinin çıxışı zamanı yatması ilə bağlı iddialara münasibət bildirib.

Bu barədə Ağ Evin kommunikasiya direktoru Stiven Çun “X” sosial şəbəkəsində paylaşım edib.

O, “Newsweek”in Trampın Si Cinpinin çıxışı zamanı yuxuya getməsinə dair iddianı təkzib edib:

“Saxta xəbər! Prezident Tramp çıxış zamanı qarşısındakı sənədlərə baxırdı. Onun gözlərinin sağa-sola hərəkət etdiyini aydın görmək mümkündür. İnsanların mediaya bu qədər nifrət etməsinin səbəbi də budur – onlar daim yalan danışırlar”.

Qeyd edək ki, daha əvvəl yayılan videogörüntülərdə D.Trampın Si Cinpinin çıxışı zamanı yuxuya getdiyi iddia olunmuşdu.