“Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Bakı sammitində səsləndirdiyi fikirlər təkcə Azərbaycanın keçdiyi müharibə və münaqişə yolunun siyasi qiymətləndirilməsi deyil, həm də beynəlxalq münasibətlər sisteminin fundamental problemlərinə ünvanlanan prinsipial mesajdır. Dövlət başçısının çıxışında Ermənistanın keçmiş rəhbərlərinin məsuliyyəti, müharibə cinayətlərinə hüquqi qiymət verilməsi, Avropa institutlarının mövqeyi və BMT qərarlarının icrasını təmin edən mexanizmlərin yaradılması kimi məsələlər xüsusi yer tutur”.
