Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, cari ilin avqustun 1-i ilə müqayisədə ölkədə muzdla çalışan işçilərin sayı 4,3 min nəfər azalıb. Müvafiq olaraq dövlət sektorunda çalışanların sayı 2,7 min nəfər və ya 0,32%, özəl sektorda çalışanların sayı isə 1,6 min nəfər və ya 0,16% azalıb.
Muzdla çalışan işçilərin 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,5%-i təhsil, 13,9%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i tikinti, 6,2%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 2,5%-i maliyyə və sığorta fəaliyyəti, 2,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
