“Bank Respublika” ASC səhmlərinin nominal dəyərini artırır.
Bankın 30 mln 188 min 200 ədəd adi, sənədsiz adlı səhmin nominal dəyərinin 7,96 manata artırılması təsdiq edilib.
Nəticədə bankın nizamnamə kapitalı 200 mln 751 min manatdan 240 mln 298 min manata yüksəlib.
Qeyd edək ki, bir müddət əvvəl “Bank Respublika” ASC səhmlərinin nominal dəyərinin 2,45 manatdan 6,65 manata qaldırıldığını elan etmişdi.
Xatırladaq ki, “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100 faizinin alınması ilə bağlı bankla razılığa gəlib.
