Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər

1788466744_x7lrydkfhe7h3fp4ijymprk69mrmatmt2jvo1cdr_1200

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DTN) Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi ilə birlikdə, “doğuş turizmi” adlandırılan halları azaltmaq üçün hamiləliyin gec mərhələlərində olan qadınların ölkəyə girişinin məhdudlaşdırılması imkanını nəzərdən keçirir.

Bu barədə DTN-nin rəhbəri Markueyn Mallin “Fox News” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, o bu məsələni səhiyyə naziri Bobbi Kennedi və baş prokuror – ədliyyə naziri Todd Blanşla müzakirə edir. Xüsusən də Amerika hakimiyyəti doğuş hüququna əsasən vətəndaşlığın verilməsinin dayandırılması üzrə tədbirləri öyrənir.

“Ola bilsin ki, bizim onların hamiləliyin gec mərhələlərində gəlməmələri məsələsinə diqqət yetirməyimiz lazımdır”, – Mallin bildirib.