Boru kəmərindən neft oğurlamaq istəyərkən öldülər

1788465207_vnbo5vwfbehxp0qsgyfsydd8pnryytnm1swg8yp5_1200

Nigeriyanın cənubundakı Niger deltasında boru kəmərindən neft oğurlamağa cəhd edən azı 37 nəfər tüstüdən zəhərlənərək ölüb.

Bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Məlumata görə, hadisə cümə axşamı səhər tezdən Rivers ştatının Okrika dairəsindəki yaşayış məntəqəsinin yaxınlığında baş verib. Qeyd olunub ki, qaçaqmalçılar boru kəmərində kəsiklər açaraq həmin yerlərə xam nefti çıxarmaq üçün borular birləşdiriblər və daha sonra nefti qanunsuz şəkildə satmağı planlaşdırıblar.

Məlumata görə, meyitlər çayda aşkar edilib, bir çoxları isə hələ də itkin düşmüş sayılır.

Qeyd edilib ki, neft hasilatının əsas obyektlərinin cəmləşdiyi Nigeriyanın cənubunda boru kəmərlərindən neft oğurluğu tez-tez rast gəlinən haldır.