Bişkekdə “ŞƏT plyus” formatında yüksək səviyyəli görüş start götürüb

1788251975_zl6amvb6o40kfse7whed07nh6shpcvl8xykqfdsb_1200

Bişkekdə “ŞƏT plyus” formatında yüksək səviyyəli görüş başlayıb.

Tədbirdə 15-dən çox dövlətin liderləri və nümayəndələri iştirak edirlər.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Qırğızıstan tərəfinin məlumatına görə, görüş çərçivəsində dünyada təhlükəsizlik və sabitliyə dair geniş spektrli məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, “ŞƏT plyus” formatı daha geniş siyasi və diplomatik dialoq üçün imkan yaradır.