UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sabah” – “KuPS” qarşılaşması başa çatıb.
Həmyerlilərimizin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
Xatırladaq ki, “Sabah” və “KuPS” arasında cavab qarşılaşması iyulun 28-də keçiriləcək.
***
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Sabah” – “KuPS” (Finlandiya) oyunu başlayıb.
Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.
Matçın baş hakimi polşalı FIFA referisi Lukaş Kujmadır.
Xatıradaq ki, cütün qalibi növbəti raundda “Orxus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
