İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ikinci gəmini sıradan çıxardığını, həmçinin Qətərdə yerləşən ABŞ-ın “Əl-Udeyd” aviabazasına təkrar raket zərbəsi endirdiyini bildirib.

Bu barədə “Press TV” SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, bu addımlar ABŞ-nin İranın sahilyanı hərbi bazalarına davam edən hücumlarına cavab olaraq atılıb.

Məlumata görə, ballistik raketlərlə Qətərdə yerləşən ABŞ-ın “Əl-Udeyd” aviabazası hədəfə alınıb. Zərbələrin bazanın qırıcı təyyarələrə texniki xidmət mərkəzinə və qərargahına yönəldiyi bildirilib.

SEPAH həmçinin bəyan edib ki, Hörmüz boğazında qaydaları pozduğu iddia edilən ikinci gəmi vurularaq sıradan çıxarılıb.