15 İyun – Milli Qurtuluş Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram konserti keçirilib.

Bayram tədbirində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Konsert proqramında yerli ifaçılarla yanaşı, paytaxtdan dəvət olunmuş gənc müğənnilər də çıxış edərək bayram əhval-ruhiyyəsi yaradıblar. Səsləndirilən vətənpərvərlik ruhunda mahnılar və rəngarəng musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbir şəhər sakinlərinin bayram sevincini bölüşdüyü, milli birlik və həmrəyliyin nümayiş olunduğu xoş ovqatlı bir atmosferdə başa çatıb.

Esmira Hidayətova, Mingəçevir
