Müasir Azərbaycan tarixinin ən mühüm mərhələlərindən biri olan Qarabağın bərpası və yenidən qurulması prosesi yüksək peşəkarlıq, məsuliyyət və dövlətə sədaqət tələb edən bir missiyadır. Bu mühüm prosesdə öz fəaliyyəti ilə seçilən rəhbərlərdən biri də Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdur.Leysan Məmmədov rəhbərlik etdiyi sahədə işinə böyük məsuliyyətlə yanaşan, hər bir layihənin icrasına xüsusi diqqət göstərən idarəçi kimi tanınır. Onun fəaliyyətində əsas prioritet işlərin vaxtında, keyfiyyətli və şəffaf şəkildə həyata keçirilməsidir. Qarabağda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərinin uğurla davam etdirilməsi üçün göstərdiyi təşkilatçılıq bacarığı və tələbkarlıq əməkdaşları tərəfindən də yüksək qiymətləndirilir.İş prosesində dəqiqlik, nizam-intizam və məsuliyyət Leysan Məmmədovun rəhbərlik üslubunun əsas xüsusiyyətlərindəndir. O, görülən hər bir işin nəticəsinə xüsusi həssaslıqla yanaşır, dövlət vəsaitinin səmərəli istifadəsini və həyata keçirilən layihələrin yüksək standartlara uyğun olmasını daim diqqətdə saxlayır. Məhz buna görə də onun rəhbərlik etdiyi sahədə görülən işlər ölkənin inkişaf strategiyasına uyğun şəkildə həyata keçirilir.

Bəzən ictimai fəaliyyətdə olan şəxslər haqqında müxtəlif fikirlər və iddialar səsləndirilir. Lakin hər hansı şəxsin fəaliyyəti barədə obyektiv qiymət verilərkən ilk növbədə onun əməli işi, əldə olunan nəticələr və cəmiyyətə verdiyi töhfələr əsas götürülməlidir. Leysan Məmmədov haqqında formalaşan müsbət ictimai rəy də məhz onun uzun illər ərzində göstərdiyi əməli fəaliyyətə, işgüzarlığına və peşəkarlığına söykənir.Leysan Məmmədov təkcə rəhbər kimi deyil, həm də xeyirxah əməlləri ilə insanların rəğbətini qazanan şəxslərdəndir. O, şəhid ailələrinin, qazilərimizin və aztəminatlı ailələrin problemlərinə həssas yanaşan, ehtiyac duyulan məqamlarda imkanları daxilində dəstəyini əsirgəməyən insan kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı cəmiyyətimizdə yüksək dəyərləndirilən nümunələrdəndir.44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Qarabağın yenidən qurulması dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən birinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük qayıdış proqramı çərçivəsində görülən işlər Azərbaycanın gücünü və inkişaf potensialını bütün dünyaya nümayiş etdirir. Leysan Məmmədov da bu şərəfli missiyanın icrasında öz zəhməti və məsuliyyətli fəaliyyəti ilə iştirak edən rəhbərlərdən biridir.Dövlətə və dövlətçiliyə sədaqət, xalqa xidmət, peşəkarlıq və xeyirxahlıq kimi keyfiyyətlər Leysan Məmmədovun fəaliyyətində öz əksini tapır. O, gələcəkdə də Qarabağın inkişafı və ölkəmizin tərəqqisi naminə yorulmadan çalışmağa davam edən rəhbərlər sırasında yer alır.

Sonda Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovu, rəhbərlik etdiyi kollektivi və bütün Azərbaycan xalqını qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf, xalqımıza rifah və əmin-amanlıq arzulayırıq. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının bəhrəsi olan bu əlamətdar gün Azərbaycanın müstəqillik tarixində daim qürurla xatırlanacaqdır.