Byadmin

Avq 14, 2026

Azərbaycandan tranzit keçməklə Ermənistana daha 420 ton buğda göndərildi

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda avqustun 13-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib.