Əziz həmvətənlər!
Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.
Azərbaycanın müasir tarixində müstəsna əhəmiyyətə malik olan 15 İyun Milli Qurtuluş Günü xalqımızın taleyini dəyişən, dövlət müstəqilliyimizin qorunub saxlanılmasını və möhkəmləndirilməsini təmin edən şanlı bir tarixdir. Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi siyasi böhrandan, xaos və parçalanma təhlükəsindən xilas etmiş, Azərbaycanın davamlı inkişafının və tərəqqisinin təməlini qoymuşdur.
Bu gün qürurla qeyd etdiyimiz uğurların əsasında məhz həmin qurtuluş missiyası dayanır. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli birlik və həmrəyliyin təmin olunması ilə yanaşı, elm və təhsilin inkişafı da Ulu Öndərin müəyyənləşdirdiyi strateji prioritetlərdən biri olmuşdur. Çünki güclü dövlət yalnız savadlı, vətənpərvər və yüksək intellektə malik gənclər yetişdirməklə daha da qüdrətlənə bilər.
Milli Qurtuluşun yaratdığı sabitlik və inkişaf mühiti Azərbaycanın təhsil sisteminin yenilənməsinə, universitetlərimizin beynəlxalq rəqabət qabiliyyətinin artmasına və gənclərin keyfiyyətli təhsil imkanlarına çıxışına geniş şərait yaratmışdır. Bu gün ölkəmizin hərtərəfli inkişafında təhsil mühüm rol oynayır və gələcəyimizin təminatı məhz bilikli, yaradıcı və vətəninə bağlı gənclərin yetişdirilməsindən keçir.
Mingəçevir Dövlət Universiteti də öz fəaliyyətində dövlətimizin təhsil siyasətini rəhbər tutaraq, müasir bilik və bacarıqlara malik, milli-mənəvi dəyərlərə sadiq, ölkəsinin inkişafına töhfə verən yüksəkixtisaslı kadrların hazırlanmasını əsas vəzifə hesab edir. İnanırıq ki, bugünkü tələbələrimiz Azərbaycanın sabahını daha da güclü, daha da inkişaf etmiş bir ölkəyə çevirəcəklər.
15 İyun Milli Qurtuluş Günü münasibətilə xalqımıza əmin-amanlıq, dövlətimizə davamlı inkişaf və yeni uğurlar arzulayır, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirəm.
Bayramınız mübarək!
Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru
