10 uşaqlı ailə də Xocalıya köçdü

1778936253_1778927316_503945c4-f7b6-4856-8ac9-0b682ea3b249

Bu gün respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, onlardan biri də Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Zakir oğlu Buludxanovun ailəsidir.

A. Buludxanov həyat yoldaşı və 10 uşağı ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçüb.

O bildirib ki, illərlə bu günü arzulayıblar və bu gün arzuları gerçəyə çevrilib. Ailə başçısı övladlarının doğma torpaqda təhlükəsiz, firavan və xoşbəxt həyat yaşamasının ən böyük sevinc, qürur olduğunu deyib.