Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

İdarədən  verilən xəbərə görə, hadisə 12 iyul tarixində, saat 05:15-də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.

Alqışov Ramil Bilal oğlunun idarə etdiyi “Yutong” markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə holun sol kənarındakı beton arakəsmələrə dəyib. Daha sonra aşıb.

Hadisə nəticəsində 2 nəfər – Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabul rayonunda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub.

Qəzada Zaqatala rayon sakinləri – 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu xəsarət alıb.

Bundan başqa Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu, Bakı şəhər sakini 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı da yaralanıb.

Onlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.

Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.

576434