Xəzər dənizində 3.1 maqnitudalı dördüncü zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:21-də qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 25 kilometrdir.
Qeyd edək ki, bu gün səhər saatlarında da Xəzər dənizində 3,1;3,2 və 3,8 maqnitudalı zəlzələlər qeydə alınıb.
