Xəstəxanaya yerləşdirilən Orhan Gencebaydan xəbər var

1773938790_62760767695ecf780037a8dcd0d6a8ca

Yüksək qızdırma səbəbindən bu yaxınlarda xəstəxanaya yerləşdirilən müğənni Orhan Gencebaydan xəbər var.

Müalicədən sonra evə buraxılıb. Yüksək qızdırmadan əziyyət çəkən 81 yaşlı sənətçi bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Ehtiyat tədbiri olaraq koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Gencebayın iki gün davam edən müalicəsi artıq başa çatıb.

Əlil arabasından istifadə edən  sənətçi xəstəxananın qarşısında maşınına minib və həyat yoldaşı Sevim Emre ilə evinə yollanıb.