Əziz uşaqlar!
1 İyun – Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, sizlərə sağlam, firavan və xoşbəxt gələcək arzulayıram.
Uşaqlar cəmiyyətin ən saf, ən həssas və ən qiymətli varlığıdır. Onların hüquqlarının qorunması, keyfiyyətli təhsil alması, sağlam və təhlükəsiz mühitdə böyüməsi hər bir dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Azərbaycanın gələcəyi olan uşaqların bilikli, vətənpərvər, yüksək mənəviyyata sahib şəxsiyyətlər kimi formalaşması bizim ən böyük amalımızdır.
Bu əlamətdar gündə xüsusi qayğı və sevgiyə ehtiyacı olan bütün balalarımıza diqqət və mərhəmətin daha da artmasını arzulayıram. İnanıram ki, uşaqların sevinc dolu gülüşü, saf arzuları və böyük ümidləri ölkəmizin sabahını daha işıqlı edəcəkdir.
1 İyun – Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə bütün uşaqlara sevinc dolu uşaqlıq, parlaq gələcək və uğurlu həyat arzulayıram.
Hörmətlə,
Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru
