“Nyukasl” yay transfer pəncərəsində əsas oyunçularından bir neçəsini itirmək riski ilə üz-üzədir.
Bu barədə futbol funksioneri Kit Vayness “Football Insider” nəşrinə açıqlamasında bildirib.
Məlumata görə, hücumçular Entoni Qordon və Nik Voltemade, eləcə də yarımmüdafiəçi Bruno Gimarayş komandadan ayrıla bilər. Qeyd olunur ki, əgər “sağsağanlar” mövsümün sonunda 2026/27 mövsümü üçün avrokuboklara vəsiqə qazana bilməsə, bu futbolçuların gedişi reallaşa bilər.
Buna qədər isə “Mançester Yunaytedin Sandro Tonali ilə maraqlandığı bildirilirdi.
Hazırda İngiltərə Premyer Liqasında 31 turdan sonra “Nyukasl” 31 xalla 12-ci pillədə qərarlaşıb.
