“Qalatasaray” azarkeşləri Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul”la səfər oyununa buraxılmayacaq.
UEFA xəbər verir ki, qurum “Qalatasaray” azarkeşlərinə səfər oyunu üçün bilet satmağı qadağan edib. Klub həmçinin 40 min avro cərimələnib.
“Qalatasaray”ın cərimələnməsi və cəzalandırılması, azarkeşlərin fevralın 25-də Turində “Yuventus”a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda (əlavə vaxtdan sonra 2-3) davranışlarına görədir.
Belə ki, Turindəki matçda “Qalatasaray” azarkeşləri meydana əşyalar atıb, pirotexniki vasitələrdən istifadə edib və iğtişaş yaradıblar.
Qeyd edək ki, “Liverpul” və “Qalatasaray” klublarının ilk oyunu martın 10-da Türkiyədə, cavab görüşü isə 8 gündən sonra İngiltərədə keçirəcəklər.
