“Barselona” futbol klubunun vingeri Rafinya UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Bu barədə turnirin sosial şəbəkə hesablarında məlumat verilib.

Rafinya “Nyukasl”a qarşı keçirilən cavab oyununda (7:2) iki qol vurub və iki məhsuldar ötürmə edib.

Braziliyalı oyunçu səsvermə zamanı “Sportinq”dən Fransişku Trinkau, “Real Madrid”dən Vinisius Junior və “Liverpul”dan Dominik Soboslayı qabaqlayıb.