ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın Kanadaya tətbiq etdiyi rüsumları rədd edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, NP-də Kanada mallarına qarşı ticarət tədbirlərinin əsasını təşkil edən milli fövqəladə vəziyyət elanına son qoyan qətnamənin lehinə 219 səs, əleyhinə isə 211 səs verilib.