Tramp: İranla danışıqlar qapalı formatda aparılacaq

1775666582_screenshot_1

ABŞ və İran arasında mümkün razılaşma üzrə danışıqlar qapalı formatda keçiriləcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.
Onun sözlərinə görə, ABŞ üçün məqbul olan əsas şərtlər mövcuddur və danışıqlar məhz bu prinsiplər əsasında aparılacaq.

Tramp qeyd edib ki, bu şərtlər atəşkəsə razılığın da əsasını təşkil edir.