Tehranda Milad bayramı ilə əlaqəli əşyalar satan mağazanın fonunda, xüsusilə “Santa Klaus”la şəkil çəkdirməyə qadağa qoyulub.

“Report” xəbər verir ki, bu barədə “Iran International” nəşri məlumat yayıb.
Xəbərdə “Şəkil çəkdirmək qadağandır!” cümləsinin əks olunduğu foto da yer alıb.
Qeyd edək ki, əvvəllər həmkarlar ittifaqları və hökumət nümayəndələri dəfələrlə “Halloween”, Milad və Yeni illə bağlı əşyaları satanlarla mübarizənin zəruri olduğunu vurğulayıblar. Bu səbəbdən bir sıra mağazalar bağlanıb.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir