Bazar ertəsi İran ABŞ və İsraillə müharibəyə son qoymaq üçün 10 maddəlik  planını vasitəçilər vasitəsi ilə planını qarşı tərəfə təqdim edib.

“The New York Times”  xəbər verir ki, plan danışıqlarda vasitəçilik edən Pakistan vasitəsilə təqdim edilib.

Təklifin bütün 10 bəndi məlum deyil, lakin iki yüksək vəzifəli İran rəsmisinin sözlərinə görə, İran bir daha hücuma məruz qalmayacağına dair zəmanət; bütün sanksiyaların ləğvi; və İsrailin Livanda Hizbullaha qarşı hücumlarına son qoyulmasını tələb edir.

Bunun müqabilində İran Hörmüz boğazının blokadasına son qoyacaq və hər gəmiyə 2 milyon dollarlıq vergi tətbiq edəcək ki, bu da “qarşı sahildə yerləşən Omanla bölüşəcək”.
Plana əsasən, İran əldə etdiyi gəlirdən öz payını ABŞ və İsrail hücumları nəticəsində dağıdılmış infrastrukturun bərpasına sərf edəcək. Bu yanaşma birbaşa kompensasiya tələb etmək əvəzinə təklif olunur.

İranın dövlət mediası aydınlaşdırıb ki, ölkələrinin təklifinin mətni “atəşkəs rejimini rədd edir” və “İranın istəklərinə uyğun olaraq müharibənin qəti şəkildə dayandırılmasının vacibliyini vurğulayır”.