Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib.

Hadisə yataqxananın dəhlizində qeydə alınıb.

Yanğın zamanı yataqxanada yaşayan 1999-cu il təvəllüdlü Şahin Maşallah oğlu Hüseynov və onun anası, 1978-ci il təvəllüdlü Yusifə Nəsib qızı Hüseynova tüstüdən zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.