Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Bolge.Az “Report”a istinadən xəbər verir ki, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.

İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi “Nissan” markalı avtomobil digər nəqliyyat vasitəsinə toqquşub. Nəticədə, hakim hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub və 2022-ci ildən məhkəmə sistemində fəaliyyət göstərib.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir