“Sumqayıt” Abdul Raşid Mumini ilə müqaviləyə xitam verdi

1784312358_screenshot_24

“Sumqayıt” futbol klubu bir oyunçusu ilə yollarını ayırıb.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Abdul Raşid Mumini ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Mumini ötən ilin yayında “Sumqayıt”ın heyətinə cəlb olunmuşdu.