Son beş ildə peşə təhsilinə qəbul olunan ən gənc və ən yaşlı tələbələrin yaş göstəriciləri açıqlanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025/2026-cı tədris ilində peşə təhsilinə qəbul olunan ən gənc tələbənin 14, ən yaşlı tələbənin isə 79 yaşı olub.
Qurumun məlumatına görə, 2021/2022-ci tədris ilində ən gənc tələbə 18, ən yaşlı tələbə 71 yaşında qeydə alınıb. 2022/2023-cü tədris ilində də bu göstəricilər dəyişməyərək ən gənc tələbə 18, ən yaşlı tələbə isə 71 yaşında olub.
2023/2024-cü tədris ilində ən gənc tələbənin 16, ən yaşlı tələbənin isə 74 yaşı olub. 2024/2025-ci tədris ilində isə peşə təhsilinə qəbul olunan ən gənc tələbə 15, ən yaşlı tələbə isə 71 yaşında olub.
