Əgər Avropa Komissiyası neft məsələsində Ukraynanı dəstəkləyirsə, Slovakiyanın Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləməsini gözləyə bilməz.

Bunu Slovakiyanın Baş naziri Robert Fitso Facebook-da videomüraciətində bildirib.

“Əgər Avropa Komissiyası Slovakiyadan daha çox Ukraynaya üstünlük verəcəksə, Rusiyaya qarşı 20-ci sanksiya paketini dəstəkləməyi unuda bilər “, – hökumət başçısı bildirib.

O əlavə edib ki, bu halda Budapeşt lazımi tələbləri yerinə yetirmədən Ukraynanın Aİ- yə sürətli qoşulmasını təmin etməyəcək.

Fitsonun sözlərinə görə, Drujba boru kəməri ilə neftin nəqlinin bərpası bütün Mərkəzi Avropa üçün vacibdir. Əgər boru kəməri işlək olsaydı, yüksək yanacaq qiymətləri problem yaratmazdı.